"Napoli"nin yarımmüdafiəçisi Jorjinyonun agenti Joao Santos müştərisinin transfer məsələləri haqda danışıb.
Sportal.az xəbər verir ki, agent İtaliya millisinin üzvünün keçidi üçün "Napoli"nin "Mnaçester Siti" ilə danışıqlar apardığını açıqlayıb:
"Jorjinyonun transferində heç bir klubla razılıq əldə edilməyib. Ancaq "Mançester Siti" ilə "Napoli" arasında danışıqlar davam edir. Gələcəkdə nələr olacağını isə bilmirik. Pep Qvardiola və bir çox çalışdırıcı Jorjinyonun oyununu bəyənir. Karlo Ançelottinin isə nə düşündüyünü deyə bilmərəm. Dünya çempionatından öncə nəsə baş verə bilər".
26 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "Napoli"də çıxış edir. Qvardiola Braziliya əsilli futbolçunu Fernandinyonun əvəzinə düşünür. Jorjinyo mövsüm ərzində 39 oyuna 4 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi