İtaliyanın D Seriyasında çıxış edən "Tuttokuoio" klubunun hücumçusu Federiko Zini özünü və sevgilisini öldürüb.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard münasibətlərinin pis olduğu sevgilisi Elisa Amato ilə barışmaq üçün evinə yollanıb. 29 yaşlı xanımdan müsbət cavab almayan futbolçu onu güllələyib. Daha sonra Zini qadının meyitini maşına qoyub. Federiko bir qədər sonra intihar edərək həyatla vidalaşıb.
Hadisə ilə bağlı polis araşdırmalar aparır.
saytlarin hazirlanmasi