"Qarabağ"dan ayrılan futbolçu Balotelli ilə komanda yoldaşı olacaq?

18:04 - 27 May 2018

Fransanın "Nitsa" klubu ilə müqavilə başa çatan Mario Balotelli üçün üçün sürpriz iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumata görə, 27 yaşlı forvardı 3 illik fasilədən sonra A Seriyasına qayıdan "Parma" klubu heyətinə qatmaq istəyir. İddiaya görə, "Parma" Balotellinin illik 4 milyon avroluq maaşını ödəmək üçün Çin şirkətləri ilə anlaşma əldə edib. Balotellinin xidmətində "Roma" və "Napoli"nin də maraqlandığı söylənilir.

 

İtaliya millisinin üzvü A Seriyasına qayıtmaq istədiiyini söyləmişdi.

 

Qeyd edək ki, "Qarabağ"dan ayrılan bosniya və herseqovinalı qapıçı İbrahim Şehiçin "Parma" ilə anlaşdığı iddiaları yayılmışdı.

Xəbər xətti