"Yuventus"da forma geyən Qonzalo İquain İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, ESPN-ə danışan 30 yaşlı forvard fikirlərini belə izah edib: "Yuventus"la müqaviləm var. Qızım Torinoda böyüyür. İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatıdır. Oyunlar zövqlü keçir. Bir gün orada çıxış etmək istərdim".
Qeyd edək ki, argentinalı hücumçu 2016-cı ildə 90 milyon avroya "Napoli"dən alınıb.
saytlarin hazirlanmasi