İtaliya A Seriyasının son qalibi "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis "Çelsi" və Madrid "Real"ından təklif aldığını və rədd cavabı verdiyini bildirib:
"Florentino Peres məni "Real"a dəvət etdi, ancaq mən rədd cavabı verdim. "Çelsi" də təklif göndərdi və onlara da eyni cavabı verdim. Mənim gələcəyim "Yuventus"dadır".
50 yaşlı mütəxəssis 2014-cü ildən "Yuventus"u çalışdırır.
saytlarin hazirlanmasi