"Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.
Sportal.az xəbər verir ki, Namik Ələskərov 2019/2020 mövsümünün sonunadək “Neftçi”nin formasını geyinəcək.
Ötən mövsüm 32 oyunda 6 qol vurmuş 23 yaşlı yarımmüdafiəçinin bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunda bitəcəkdi.
Bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqavilə yenilənmişdi.
saytlarin hazirlanmasi