“Yuventus”da yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Turin klubu bosniya və herseqovinalı yarımmüdafiəçisi Miralem Pyaniçlə müqaviləni 2022-ci ilə qədər uzadıb. "Qoca sinyora" "Barselona"nın təklif göndərdiyi futbolçunu buraxmayıb və daha yaxşı şərtlərlə klubda saxlamağa müvəffəq olub.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildə 32 milyon avroya "Roma"dan "Yuventus"a keçib.
saytlarin hazirlanmasi