Yeni mövsümün hazırlığını gündə iki məşqlə davam etdirən "Neftçi” yoxlama oyunu keçirəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 28-də "Keşlə” ilə qarşılaşacaq. “Neftçi”nin bazasında keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Keşlə” bu gün serbiyalı mütəxəssis Mladen Milinkoviçlə müqavilə bağlayıb. “Neftçi” ilə oyun onun “Keşlə”nin “sükanı arxasında” ilk matçı olacaq.
saytlarin hazirlanmasi