"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.
Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Abışovun 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
saytlarin hazirlanmasi