"Roma"nın prezidenti: "Messini bizə satana kimi üzrlərini qəbul etməyəcəyik"

00:56 - 27 İyul 2018

Yay transfer pəncərəsinin ən maraqlı keçidlərindən biri "Bordo"nun braziliyalı vingeri Malkonun "Barselona" ilə müqavilə imzalaması oldu.

 

Sportal.az xəbər verir ki, "Bordo" daha öncə bu keçid üçün "Roma" ilə anlaşsa da, transfer son anda baş tutmayıb. 21 yaşlı futbolçunun transferi ilə bağlı "Roma"nın prezidenti Ceyms Palotta danışıb:

 

"Barselona" Malkon transferində etik cəhətdən düzgün davranmadı. Ramon Monçi futbolçunun özü, agenti və klubu ilə danışıb, anlaşmışdı. "Barselona" bu davranışına görə bizdən üzr istədi, amma Lionel Messini bizə satana kimi onların üzrünü qəbul etməyəcəyik. Malkon bizə gəlmək istəyirdi. "Everton" və "Lester Siti" düzgün addım atdılar, bizimlə razılığın olduğunu bildikdən sonra təklif göndərmədilər. Biz Malkon üçün 120 milyon avroluq sərbəst qalma şərti qoyacağdıq. Bəlkə də agenti axmağın biridir".

 

Qeyd edək ki, "Barselona" 21 yaşlı braziliyalı vingeri 40+1 milyon avro qarşılığında "Bordo"dan transfer edib.

Xəbər xətti