“Neftçi”nin əsas və əvəzedici komandaları yeni mövsümə hazırlıq çərçivəsində bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Sportal.az xəbər verir ki, paytaxt klubunun bazasında baş tutan görüşə komandalar aşağıdakı heyətlərlə çıxıblar:
Əsas komanda: 1. Səlahət Ağayev, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 25. Kirilo Petrov (k), 26. Ömər Buludov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Əvəzedicilər: 30. Kamran İbrahimov, 19. Elnur Suleymanov (k), 44. Seymur Əliyev, 58. Xəlil Bəşirov, 65. Xəyal Tomarov, 67. Şöhrət Yusifov, 72. Elgün Uluxanov, 77. Mirkamil Əliyev, 87. Əsgər Hüseynov, 88. İsmayıl Zülfüqarlı, 98. Elcan Hafizli.
Oyunda hesabı 30-cu dəqiqədə Rəşad Eyubov açıb. Cəmi 3 dəqiqə sonra Dario Frederikonun ötürməsindən sonra Rəhman Hacıyev hesab arasındakı fərqi artırıb.
İkinci hissəyə hər iki komanda əvəzetmələrlə başlayıb. Əsas komandada Səlahət Ağayevin, Məhəmməd Mirzəbəyovun, Ömər Buludovun, Mirabdulla Abbasovun, Emin Mahmudovun və Kirilo Petrovun əvəzinə meydana Rəşad Əzizli, Kvame Karikari, Qoran Paratski, Elvin Sərkərov, Anton Krivotsyuk və Tural Axundov daxil oublar. Əvəzedicilərdə isə Seymur Əliyevi Nihad Qurbanlı, Elgün Uluxanovu isə Hüseyn Hüseynzadə əvəzləyib.
70-ci dəqiqədə Rəhman Hacıyev hesabı 3:0-a çatdırıb. 81-də isə qapıçı ilə təkbətək çıxan Kvame Karikari fürsəti boşa verməyib - 4:0. Əvəzedicilər yalnız 86-cı dəqiqədə Elvin İmanlının dəqiq baş zərbəsindən sonra fərqlənə bliblər. Nəticədə, bu oyun 4:1 hesabıyla əsas komandanın xeyrinə başa çatıb.
saytlarin hazirlanmasi