"Napoli"nin prezidenti Aurelio De Laurentiis maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Neapol klubunun başqanı şəhər orqanlarından stadionu təmir etdirmək üçün yardım gözlədiklərini deyib: "Stadionumuz "San-Paolo"nun yenilənməli olduğunu deməkdən təngə gəlmişəm. Amma şəhər orqanları bizə yardım etmirlər. Stadionumuza əl gəzdirilməlidir, çünki daha çox tualetə bənzəyir".
Qeyd edək ki, "San-Paolo" stadionu 1959-cu ildə inşa edilib və 60,240 nəfər azarkeş tutumuna malikdir.
saytlarin hazirlanmasi