Jervinyonun Çin macərası başa çatır: İtaliyaya qayıdır

18:35 - 16 Avqust 2018

Çinin "Hebey Çin Forçun" klubunda heyətdən kənarda qalan Jervinyo İtaliyaya dönməklə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Seriya A-ya qayıdan "Parma" ilə danışıqlar aparır. Kot-d-ivuarlı vingerin transferi böyük ölçüdə həll edilib. Bu barədə "Sky İtalia" məlumat yayb.

 

Qeyd edək ki, 2016-cı ildə "Roma"dan 18 milyon avro qarşılığında Çin klubuna transfer olmuşdu.

 

 

Xəbər xətti