"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, prosesin avqustun 19-da keçiriləcək ilk ev oyununadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.
Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək.
Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.
saytlarin hazirlanmasi