"Neftçi"nin hücumçusu Kvame Karikari Topaz Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az xəbər verir ki, forvard öncə qələbəni şərh edib:
- Bizim üçün vacib oyun idi. Çətin rəqib idi. Ciddi hazırlaşmışdıq. Öz şanslarımızdan istifadı etdik və qalib gəldik.
- Əvəzlənərkə narazı görünürdün.
- Matçın gedişatında belə hallar olur. Mənim narazılığım məşqçiyə deyildi. Göstərmək istəyirdim ki, daha çox xeyir verə bilərəm. Komandaya faydalı olmaq istəyirəm.
- Komandaya uyğunlaşmısan?
- Bu komandada yeni oyunçuyam. Start heyətdə olmaq mənim üçün müsbət amildir. Komanda yoldaşlarım məni artıq başa düşürlər.
- Qol vurmağına nə mane oldu?
- Rəqib qapıçı yaxşı oynadıq. Bir neçə zərbəm çərçivəyə getmişdi. Mənim üçün vacib olan start heyətdə yer almaq idi. Hücumçu qol vura bilmirsə, cəhd etməldir, alınmırsa, çalışmalıdır. Əsas faktor ilk 11-likdə yer almaq idi.
- Növbəti turda “Qarabağ”a qarşı oynayacaqsan. Tilsimi həmin oyunda qıra biləcəksən?
- Həmin matça hələ var. “Qarabağ” yaxşı komandadır. Sona qədər mübarizə aparsaq, şanslarımız olacaq və qələbə qazana bilərik.
- “Qarabağ” Avropa Liqasında mübarizə aparır. Rəqibin təqvim sıxlığından istifadə edib, qalib gəlmək mümkündür?
- Bizim üçün bu amil vacib deyil. Onların fikrinin “Şerif”də olacağı və yaxud yorğun olacaqıaları bizə maraqlı deyil. Biz qələbə qazanmaq istəyirik.
saytlarin hazirlanmasi