25 ildən sonra "Yuventus"dan ayrılan Klaudio Markizio karyerasını Fransa I Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı yayıb. 32 yaşlı yarımmüdafiəçi "Monako" ilə anlaşıb. "Knyazlıq klubu" italiyalı futbolçunun keçidini tezliklə açıqlayacaq.
Qeyd edək ki, Markizio "Yuventus"un yetirməsidir və 1993-cü ildən bu klubun aşağı yaş qruplarından əsas komandaya qalxmışdı.
saytlarin hazirlanmasi