“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub.
Sportal.az xəbər verir ki, avqustun 31-dən sentyabrın 12-dək yığmanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da baş tutacaq Haiti – Sent Martin matçına çağırılıb.
Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 9 oyun keçirib.
saytlarin hazirlanmasi