"Roma"nın kapitanı Daniele de Rossi komandası ilə 2020-ci ilə qədər davam edəcək yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni anlaşmada böyük endirimə gedib. Belə ki, 25 yaşlı futbolçu illik 1,5 milyon avroya oynamağa razı olub.
"Roma"nın yetirməsi "canavarlar"ın heyətində 594 oyun keçirib.
Əməkdar kapitan İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olub. De Rossi millidə 117 oyun keçirib və 21 qol vurub.
saytlarin hazirlanmasi