Premyer Liqada 27-ci braziliyalı

12:12 - 27 Avqust 2018

Topaz Premyer Liqasının 3-cü turu “Neftçi”nin futbolçusu Dario Frederiko üçün əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında yubiley – 50-ci oyununu keçirib. Ölkəmizdə 2015/16 mövsümündə debüt edən cənubi amerikalı fasilələrlə çıxış etdiyi Premyer Liqada iki klubun formasını geyinib. “Kəpəz”də 47 matçda 11 qola sevinən Dario, cari mövsümdən şərəfini qoruduğu paytaxt klubundakı 3 oyunda 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, Dario Azərbaycan çempionatlarında 50 və daha çox oyun keçirən 27-ci braziliyalıdı.

Xəbər xətti