AFFA "Bakcell Arena"nın futbol meydanında apardığı əsaslı təmir işlərini başa vurub.
Sportal.az xəbər verir ki, Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.
2012-ci ildə fəaliyyətə başlamış arena 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə maydan başlanılıb.
saytlarin hazirlanmasi