"Yuventus"da illik maaşı 31 milyon avro olan Kriştiano Ronaldo bu göstəricidə A Seriyasında olan bütün futbolçuları və oyunçulara ödənilən məvaciblərə uyğun olaraq, 10 klubu geridə qoyur.
Sportal.az xəbər verir ki, 33 yaşlı superulduz "Atalanta", "Kalyari", "Kyevo", "Empoli", "Frozinone", "Cenoa", "Parma", "Sassuolo", SPAL və "Udineze"nin bir ildə futbolçularına ödədəyi maaşdan daha çox qazanc əldə edəcək. Portuqaliyalı futbolçudan sonra çempionatda ən çox məvacib alan futbolçu 9,5 milyon avro ilə "Milan"ın hücumçusu Qonsalo İquaindir.
Qeyd edək ki, portuqaliyalı futbolçu yay transfer dönəmində "Real"dan "Yuventus"a 100 milyon avroya keçib.
saytlarin hazirlanmasi