"Buffonun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim"

11:52 - 14 Sentyabr 2018

Fransa millisinin sabiq qapıçısı Sebastyan Frey "Yuventus"dan PSJ-yə transfer olan Canluici Buffonla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı keçmiş qolkiper Buffonun Paris klubuna keçməsini yanlış hesab edib:

 

"PSJ-nin və Buffonun düşüncəsini başa düşmürəm. PSJ Alfons Areolya kimi qapıçısı ola-ola Buffonu niyə alır ki? Buffona hər zaman çox hörmət etmişəm. Tarix yazdı, amma onun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim". 

 

Qeyd edək ki, Frey "Kan", "İnter", "Parma", "Fionretina", "Cenoa" və "Bursaspor" kimi klublarda çıxış edib.

Xəbər xətti