"Qarabağ" "Ayaks"a irad bildirdi - FOTO

15:33 - 5 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" (Ağdam, Azərbaycan) - APOEL (Kipr) cütünün qalibi pley-offda PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) duelinin mərhələ adlayan tərəfi ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "Ayaks"ın rəsmi "Facebook" səhifəsi bununla bağlı paylaşım edərkən qüsurlara yol verib.

 

Amsterdamlılar "Qarabağ"ın ulduzsuz loqosundan istifadə edib. Ağdam təmsilçisinin "Facebook" səhifəsi "Ayaks"ın yanlışlığa yol verdiyini diqqətinə çatdırıb.

 

"Ancaq bu, bizim loqomuz deyil", - deyə admin heyəti rəy yazıb.

 

Xəbər xətti