"Mən Messini seçməmişəm" - FIFA-nın səsverməsində saxtakarlıq

13:52 - 26 Sentyabr 2019

FIFA-nın 2019-cu ilin ən yaxşılarını müəyyənləşdirmək üçün keçirdiyi sorğuda saxtakarlıq etdiyinə dair iddialar yayılıb.

 

Sportal.az xəbər verir ki, Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsinin düzgün hesablanmadığı bildirilir. FIFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiano Ronaldoya verdiyini qeydə alıb.

 

Ancaq Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: “Mən Messiyə səs verməmişəm. Adımı onu seçənlərin sırasında görəndə təəccübləndim. Ümumiyyətlə, mən səsvermədə iştirak etməmişəm. FIFA iddia edir ki, sorğu siyahısını mənim email ünvanıma göndərib. Amma mən siyahı almamışam. Necə olur ki, sorğuya ümumiyyətlə, qatılmadığım halda, adım səsverənlər siyahısına düşür?”.

 

Vircil Van Deyk və Kriştiano Ronaldonu qabaqlayan Messi ilin ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti