Zaur Həşimov: "Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var"

20:25 - 12 Oktyabr 2019

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Qəbələ" ilə keçirdikləri yoxlama oyunundan fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 1:2 hesablı məğlubiyyəti şərh edib:

 

"Küləkli hava hər iki komandanın oyununa mane olurdu. Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram. Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var. Daha əvvəl komandada iki zədəli futbolçu var idi, "Qəbələ" ilə Premyer Liqa oyununda daha üç futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir".

Xəbər xətti