Divizion klublarının cəzası açıqlandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Neftçi” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Əlibəy Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in futbolçusu Ruslan Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

“Keşlə” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərək daşıyan uşaqların yaşı əsasnaməyə uyğun olmadığına görə, "Keşlə" 80 manat cərimə olunur.

 

“Sumqayıt” – “Sabah” matçının 67-ci dəqiqəsində “Sabah”ın futbolçusu Eldost Qiyasbəyli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

“Ağsu” – “Turan Tovuz” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Tarix: 5 Noyabr [16:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio