Rüfət həftənin futbolçusu seçildi

12:12 - 11 Mart 2020

“Finiks Rayzinq”də çıxış edən Rüfət Dadaşov ABŞ-ın 2-ci liqasının 1-ci turunun ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu həftənin rəmzi komandasında da yer alıb.

 

Rüfət Dadaşov 1-ci turda “Portlend Timbers”ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vurub.

Xəbər xətti