PFL əsasnaməyə əlavə hazırlayır: "İlk dəfə stadionlar zonalara bölünəcək"

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə koronavirusa görə bəzi qaydalar tətbiq ediləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə çempionatın püşkatma tədbirində Peşəkar Futbol Liqasının Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov deyib. Qurum rəsmisi yeni mövsüm barədə bəzi məlumatlar verib:

 

“Bu mövsüm əsasnamə ilə yanaşı, əsasnaməyə əlavə də yazacağıq. Pandemiya ilə əlaqəli qaydalar əlavədə qeyd olunacaq. Əlavəni yazarkən Avropa Peşəkar Futbol Liqaları ilə qarşılıqlı təcrübədən, beynəlxalq qaydalardan yararlanmışıq. İlk dəfə olaraq stadionlarımız zonalara bölünəcək. Əsasnaməyə əlavə tam hazır olan kimi bu barədə bütün ictimaiyyət məlumatlandırılacaq”.

Tarix: 13 Avqust [10:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio