"Qarabağ" İstanbula itkilərlə uçdu - Qurbanovsuz, Emrelisiz...

11:25 - 2 Dekabr 2020

Avropa Liqasının qrup mərhələsinin V turunda Tel-Əviv "Makkabi"si ilə qaşrılaşacaq "Qarabağ" matç üçün İstanbula yollanıb.

Sportal.az xəbər verir ki, təyyarəsi az əvvəl səmaya qalxan Ağdam təmsilçisinin heyətində koronavirusla əlaqədar bəzi itkilər var. Baş məşqçisi Qurban Qurbanovun İstanbula uçmayacağı əvvəlcədən bilinirdi. Ona komandanın əsas oyunçularından Mahir Emreli də qoşulub. Hücumçunun son testi müsbət nəticə verib. O, ev şəraitində müalicə olunacaq.

Qurban Qurbanovun oğlu Musa Qurbanlı isə artıq sağalıb. Gənc oyunçunun testi mənfi nəticə versə də, meydana çıxmaq ehtimalı az olduğu üçün İstanbula aparılmayıb.

Koronavirusdan sağalan Rahil Məmmədov bu gün Xorvatiyadan İstanbula uçub komandaya qoşulacaq. Maksim Medvedev də artıq xəstəliyə qalib gəlib. Lakin Lüksemburqda olan müdafiəçi sabah Bakıya qayıdacaq.

İstanbulun "Başakşehir Fatih Terim" stadionunda oynanacaq "Qarabağ" - "Makkabi" görüşü sabah 21:55-də start götürəcək.

Xəbər xətti