Hamşikin yeni klubu məlum oldu - ölkəsinə qayıdır

10:44 - 5 Mart 2021

Çinin “Dalyan İfan” klubunda çıxış edən Marek Hamşik komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək. Slovakiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

 

O, “Slovan” klubu ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu Bratislava təmsilçisi ilə müqavilənin şərtlərində razılıq əldə edib.

 

Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. Slovakiya millisinin kapitanı 2019-cu ildə Çin klubuna keçib.

Xəbər xətti