"Qarabağ" "Zirə"yə qalib gəldi, Qəbələdə sülh - YENİLƏNİB

19:06 - 9 Mart 2021

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

 

Sportal.az  xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Qəbələ" öz meydanında "Səbail"i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Digər görüşdə isə "Qarabağ" "Zirə"nin qonağı olub və qalib gəlib - 2:0.
 

“Qəbələ” – “Səbail” - 1:1

Qollar: Rafael Utriq, 79 -  Amil Yunanov, 57

Qırmızı vərəqələr: Rüfət Əhmədov, 88 - Ruslan Hacıyev, 66

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 15:00

 

“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 2. Vinko Medimoreç, 17. Yaovi Akakpo, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı

 

Baş məşqçi: Elmar Baxşıyev


“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev, 3. Turan Manafov;

 

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 77. Ədilxan Qarəhmədov

 

Baş məşqçi: Aftandil Hacıyev

 

“Zirə” – “Qarabağ” - 0:2

Qollar: Xayme Romero, 3, Patrik Andrade, 32

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:15

 

"Zirə": 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı;


Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 17. Rodriqo Bonqonqui, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov;

 

Baş məşqçi: Rəşad Sadıqov.

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev;


Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 10. Abdullah Zubir, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev;


Baş məşqçi: Qurban Qurbanov.

Xəbər xətti