İtaliya 1/8 finalda, Türkiyə uduzdu, Rusiya qalib gəldi

00:53 - 17 İyun 2021

Bu gün Avro-2020-nin qrup mərhələsində 2-ci tura start verilib.


Sportal.az xəbər verir ki, 6-cı oyun günündə 3 matç keçirilib.

 

B qrupunda Finlandiya Rusiya ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Digər iki matç isə A qrupunda keçirilir. Türkiyə yığması Bakıda Uelslə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Bu, qardaş ölkə komandasının Bakıdakı ilk matçı olub. Bakı Olimpiya Stadionu isə turnirdə ikinci matçı qəbul edib. 

 

Günün son oyununda isə İtaliya Romada İsveçrə ilə qarşılaşıb. İtaliyanlar 3 cavabsız qolla qalib gələrək 1/8 finala ilk vəsiqənin sahibi olub. 

 

6 iyun

A qrupu

23:00. İtaliya – İsveçrə - 3:0 
Qollar: Lokatelli, 26, 52, İmmobile, 89
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu

 

20:00. Türkiyə - Uels - 0:2 
Qollar: Remzi, 42, Roberts, 90+5
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Reallaşdırılmayan penalti: Qaret Beyl, 61 (Uels)
Bakı Olimpiya Stadionu


 

B qrupu

17:00. Finlandiya - Rusiya - 0:1
Qol: Mirançuk, 45+2
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

Xəbər xətti