"Sabah" Gürcüstan klubuna uduzdu

21:46 - 23 İyul 2021

Yeni mövsmün hazırlıqlarını Gürcüstanda davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu ölkənin "Samqurali" klubu ilə qarşılaşıb. “Zestafoni” təlim-məşq bazasında keçirilən görüşdə təmsilçimiz məğlub olub - 0:1.

 

“Sabah” Gürcüstanda ilk yoxlama oyununda "Şukura"ya 1:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti