"Milan" 38 yaşlı qapıçı ilə müqavilə imzalayır

İtaliyanın "Milan" klubu heyətinə yeni qapıçı qatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" azad agent statusu daşıyan Antonio Mirante ilə müqavilə imzalayacaq. 38 yaşlı qapıçı tezliklə komandaya qoşulacaq.

 

"Milan"ın əsas qapıçısı Mayk Maynen "Liverpul"la görüşdə biləyindən zədələnib və azı 3 həftə oynamayacaq. 3-cü qapıçı Plizzari isə dizindən əməliyyat edilib. Rossionerlərin hazırda 1 qapıçısı var və bu, Çiprian Tataruşanudur.

 

Mirantenin son klubu "Roma" olub.

Tarix: 13 Oktyabr [18:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio