Filip Ozobiçdən 25-ci qol

Premyer Liqanın 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub.

Sportal.az saytınını PFL-in saytına istinadən xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub. “Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.

Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.

Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.

Tarix: 18 Oktyabr [11:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio