Bundesliqa klubunda yeni baş məşqçi

16:37 - 27 Oktyabr 2021

Almaniyanın "Volfsburq" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı Florian Kofeldt çalışdıracaq. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.


Florian Kofeldt bu komandada bir neçə gün öncə istefaya göndərilmiş Mark van Bommeli əvəz edib. Almaniyalı mütəxəssis daha öncə "Verder"i çalışdırıb.

 

"Volfsburq" bu mövsüm Bundesliqada 9 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti