Amerikalı: "Qarabağ"la oyunda daha çoxuna layiq idik"

15:31 - 26 Noyabr 2021

“Omoniya”nın ABŞ-dan olan futbolçusu Mikkel Diskerud Konfrans Liqasının H qrupunda “Qarabağ”la oyununu dəyərləndirib. 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Bakıdakı 2:2 hesablı nəticə barədə bunları deyib: 

“90-cı dəqiqədə vurduğumuz qol oyunu udmağımız kimi hiss elətdirməyimizə səbəb olur. Buna qədər də biz yaxşı qol imkanlarını boşa vermişdik. Komanda meydanda bütün gücünü qoydu.

"Qarabağ"la oyunda bərabərlikdən daha çoxuna layiq idik. Bu, vacib oyun idi. Amma bizim daha çox fikrimiz qarşıdakı turda APOEL-lə oyuna yönəlib”. (Themasports)

 

Xəbər xətti