SON DƏQİQƏ: "Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşdi

15:32 - 29 Noyabr 2021

İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" almaniyalı mütəxəssis Ralf Ranqniklə anlaşıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, 63 yaşlı Ranqnikin son iş yeri "Leypsiq" olub.

Xəbər xətti