"Qarabağ" heç-heçə ilə başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ" Antanyada yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.

Tarix: 14 Yanvar [19:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio