"Lion" müdafiəçisi Marselo ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Halbuki, braziliyalı müdafiəçinin Fransa klubu ilə 2023-cü ilə kimi müqaviləsi qüvvədə idi.
34 yaşlı müdafiəçinin hansı kluba keçəcəyi hələ ki, bəlli deyil.
O, 2017-ci ildə “Beşiktaş”dan “Lion”a keçmişdi.