"Araz-Naxçıvan"a texniki məğlubiyyət verildi: "Xan Lənkəran" finalda

Region Liqasında finala yüksələn komanda dəyişib.

 

Sportal.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən "Araz-Naxçıvan"ın əvəzinə "Xan Lənkəran" klubu finalda iştirak edəcək.

 

İntizam Komitəsinin qərarını diqqətinizə çatdırırıq:

 

AFFA tərəfindən təşkil olunan həvəskar statuslu Region Liqası turnirinin 1/2 final mərhələsi çərçivəsində mayın 15-də keçirilmiş “Xan Lənkəran” – “Araz-Naxçıvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin 18 may 2022-ci il tarixli müvafiq qərarı (heyətində peşəkar müqaviləsi olan futbolçular aşkarlandığı üçün “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi) nəzərə alınaraq, Region Liqasının mayın 20-də keçiriləcək final oyununda “Cəbrayıl” və “Xan Lənkəran” komandaları qarşılaşacaq.

Tarix: 18 May [17:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio