"Qəbələ" PSJ-nin sabiq futbolçusu ilə maraqlanır

13:56 - 21 May 2022

Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ" transfer əməliyyatına start verib.

 

Sportal.az saytının məlumatına görə, Elmar Baxşıyev Belçikada oynayan konqolu hücumçunun xidmətində maraqlıdı. Belə ki, "Molenbek" in formasını geyinən Mayingila Nzuzi Mata "Qəbələ"yə transfer ola bilər.

 

Hazırda futbolçu ilə danışıqlar gedir. Razılıq əldə olunarsa, komanda yay "transfer pəncərəsi" zamanı konqolu forvardla rəsmi müqavilə imzalayacaq.

 

28 yaşlı hücumçu karyerası ərzində "Niort", "Şambli", "Bulon", "Red Star"la yanaşı PSJ-nin B komandasında da oynayıb.

Xəbər xətti