Mahir qışda ayrıldığı klubun bombardiri oldu

20:42 - 25 May 2022

Zaqreb "Dinamo"su ilə Xorvatiya çempionu olan Mahir Emreli bu mövsüm Polşanın "Legiya" klubunda da ən yaxşı bombardir olması ilə diqqət çəkib.

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu qış fasiləsində Varşava təmsilçisindən ayrılmasına baxmayaraq, klubun bu mövsümün ərzində ən qol vuran futbolçusudur. O, 2021/2022 mövsümünün ilk yarısında 11 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

 

Millimizin üzvünün ən yaxın izləyicisi 10 qolla çexiyalı Tomaş Pekhart olub.

Emreli bu ilin fevralında "Dinamo" ilə 4.5 illik müqavilə imzalayıb.

Xəbər xətti