Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" (Kipr) yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, Limassol təmsilçisi Yunanıstanın "Aris" (Saloniki) komandası ilə üz-üzə gələcək. Matç iyulun 7-də baş tutacaq.
Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk matçını iyulun 21-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.
Tarix: 22 İyun [11:33]
|
|
Müəllif: Sportal.az
|