"Reqekampfın "Neftçi" ilə müqavilə imzalaması məni təəccübləndirdi"

“Laurentsiu Reqekampf çox yaxşı məşqçidi. Rumıniyanın ən yaxşılarından hesab edilir. O, "Styaua"nın baş məşqçisi kimi Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələlərində iştirak edib”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Adrian Skarlatake deyib. Uzun illər Azərbaycanda oynamış müdafiəçi “Neftçi”yə baş məşqçi təyin edilmiş həmyerlisi barədə danışıb. 

Skarlatakenin fikrincə, Reqekampf “Neftçi”də uğurlu ola biləcək: “Düzünü desəm, onunla Azərbaycana yollanması barədə danışmamışam. Amma “Neftçi” üçün yaxşı seçim olduğunu deyə bilərəm. 

O, hər zaman komandalarına hücum futbolu oynadır. Hər zaman da komandaları çox qol vurur. Onun “Neftçi” ilə müqavilə imzalaması mənim üçün sürpriz oldu. Çünki Rumıniya qəzetləri yazırdı ki, onun yüksək məbləğlərlə təklifləri var. Əlbəttə ki, onun hər zaman çox yaxşı təklifləri olub. Çünki yaxşı karyerası var. Ümidvaram ki, onun üçün hər şey yaxşı alınacaq”.

Tarix: 22 İyun [17:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio