"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo İngiltərə Premyer Liqasında oynamaq istəməyib.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Nyukasl" fransalı futbolçuya təklif göndərib.
Amma Rabyo bu klubun təklifindən nimtina edib.
Buna səbəb isə futbolçunun Çempionlar Liqasında oynamaq istəməsidi.
27 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2023-cü ilin yayında bitir.