"Neftçi"nin yarımmüdafiəçisi "Turan Tovuz"da

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçsi “Neftçi”dən Turan Vəlizadəni icarəyə götürüb. Onunla 1 illik müqavilə imzalanıb.

 

21 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında “Şamaxı”da keçirib.

 

Qeyd edək ki, "Turan Tovuz" Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov və Veysəl Rzayevi də heyətinə cəlb edib.

Tarix: 29 İyun [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2022
11  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio