"Qarabağ"la oyun üçün "Portu"nun yetirməsini transfer etdilər

Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Poznan təmsilçisi Portuqaliyanın  "Belenenseş" klubundan Alfonso Sousanı transfer edib.

 

22 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq Polşaya gedib. "Lex"in rəsmi saytının yazdığına görə, Sousa bu gün tibbi müayinədən keçdikdən sonra onunla 4 illik müqavilə imzalanacaq.

 

Alfonso Sousa "Portu"nin yetorməsidir. O, 2020-ci ildə "Belenenseş"ə transfer olunub. Gənc oyunçu başa çatan mövsümdə Portuqaliya klubunun heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı ayın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Tarix: 29 İyun [16:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2022
11  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio