Nazarov oynadı, komandası uduzdu

11:14 - 11 Avqust 2022

Almaniya 3-cü Bundesliqasında üçüncü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, yığmamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue” "Valdhof Manheym"lə üz-üzə gəlib. Nazarovun komandası bu matçda 0:1 uduzub.

Start heyətində meydana çıxan millimizin üzvü 87-ci dəqiqədə əvəzlənib.

Aue təmsilçisi üç turdan sonra 2 xalla 20 komanda arasında 14-cü pillədədi.

Xəbər xətti