"Ayaks" meksikalı müdafiəçi transfer etdi

12:32 - 11 Avqust 2022

Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Klub America"dan Xorxe Sançesi transfer edib. Bu barədə Eredivizie klubunun rəsmi saytı məlumat yayıb.

 

Meksikalı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. "Ayaks" 24 yaşlı oyunçu üçün qarşı tərəfə 6 milyon avro ödəyib.

 

Xorxe Sançes 2018-ci ilin yayından "Klub Amerika"da çıxış edirdi. O, cari mövsümdə komandanın heyətində 3 matçda meydana çıxıb.

Xəbər xətti